Tam Dəstək Xidməti
Müalicə boyu psixoloji, genetik və qidalanma dəstəyi təmin edilir.
Müasir Texnologiyalar və Dəqiq Diaqnostika
Ən son görüntüləmə və minimal invaziv biopsiya üsulları istifadə olunur.
Kompleks Diaqnostika və Müalicə
Profilaktika, diaqnostika, müalicə və izlənmə bir mərkəzdə həyata keçirilir.
Ege Hospital Süd Vəzi Mərkəzi
Ege Hospital Süd Vəzi Mərkəzi
Ege Süd Vəzi Mərkəzi
Süd vəzi xəstəliklərinin profilaktikası, erkən diaqnostikası,
müalicəsi və sonrakı izlənməsini vahid mərkəzdə həyata keçirən
ixtisaslaşmış mərkəzdir. Mərkəzimizdə süd vəzi sağlamlığının
qorunmasına kompleks yanaşılır. Profilaktik müayinələr, müasir
görüntüləmə üsulları, dəqiq diaqnostika, minimal invaziv
biopsiyalar, konservativ, onkoloji və cərrahi müalicə,
onkoplastik və rekonstruktiv əməliyyatlar, sistemik
müalicələr, radioterapiya, eləcə də psixoloji, genetik və
qidalanma dəstəyi bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim
olunur. Hər bir pasiyentin müalicə planı multidissiplinar
komanda tərəfindən fərdi qaydada hazırlanır. Radioloq, süd
vəzi cərrahı, tibbi onkoloq, patoloq, plastik və rekonstruktiv
cərrah, radioterapevt və digər mütəxəssislər hər bir klinik
vəziyyəti birlikdə qiymətləndirərək beynəlxalq klinik
tövsiyələrə əsaslanan optimal müalicə strategiyasını müəyyən
edirlər. Müasir tibbi texnologiyalar, elmi sübutlara əsaslanan
yanaşma və pasiyent yönümlü xidmət prinsipi fəaliyyətimizin
əsasını təşkil edir. Ege Süd Vəzi Mərkəzi olaraq məqsədimiz
qadınların və ehtiyac olduqda kişi pasiyentlərin süd vəzi
sağlamlığını qorumaq, xəstəlikləri erkən mərhələdə aşkar
etmək, ən müasir müalicə üsullarını tətbiq etmək və hər bir
pasiyentə etibar, peşəkarlıq və qayğı ilə yanaşaraq onların
həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Ətraflı
Xidmətlər
Sağlamlığınız üçün müasir, etibarlı və fərdiləşdirilmiş tibbi xidmətlər
Həkimlər
Beynəlxalq standartlara uyğun tibbi xidmət göstərən peşəkar həkim heyətimiz
Rekonstruktiv cərrahiyyə estetik görünüşü bərpa edir
Biopsiya dəqiq diaqnozun əsasını təşkil edir
Skrininq erkən aşkarlanmanı təmin edir
Fərdiləşdirilmiş müalicə daha effektiv nəticə verir
Müasir görüntüləmə ilə dəqiq diaqnostika
Erkən diaqnostika həyat qurtarır
Qüsuru gizlətmirik, gözəlliyə çeviririk
Check Up Paketləri
Check-up paketlərimiz süd vəzi sağlamlığının kompleks qiymətləndirilməsi
və mümkün risklərin erkən aşkarlanması üçün hazırlanmış müayinə proqramlarıdır.
Erkən diaqnostika daha effektiv müalicəyə imkan yaradır.
Genişləndirilmiş diaqnostik paket
Advanced Breast Check-up
Süd vəzi cərrahı / mammoloq konsultasiyası Süd vəzi USM 3D Tomosintez Mammoqrafiya Süd vəzi MRT (göstəriş olduqda) Elastoqrafiya Nəticələrin ətraflı qiymətləndirilməsi
Kompleks diaqnostik paket
Standard Breast Check-up
Süd vəzi cərrahı / mammoloq konsultasiyası Süd vəzi USM 3D Tomosintez Mammoqrafiya Nəticələrin qiymətləndirilməsi
Yüksək risk qrupu üçün paket
High Risk Breast Check-up
Süd vəzi cərrahı konsultasiyası Süd vəzi USM 3D Tomosintez Mammoqrafiya Süd vəzi MRT Lazım olduqda biopsiya planlaması
/
3
/
3